• Bakı 24° C

    7.1 m/s

Toy karvanında qəza: ölənlər var - YENİLƏNİB

HADİSƏ

27 Dekabr 2025 | 20:10 | Müəllif: Qalib İbrahimoğlu

Toy karvanında qəza: ölənlər var - YENİLƏNİB

 

Dekabrın 27-də saat 16:50 radələrində Biləsuvar rayonunun Çaylı kəndi ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, F.Rüstəmovanın idarə etdiyi "Lexus" markalı minik avtomobili idarəetmənin itirilməsi nəticəsində su kanalına aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin hadisə yerində ölüb.

Araşdırma aparılır.

 

18:51

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Bakıvaxtı.azbxəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Belə ki, toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

Qəza nəticəsində iki nəfər ölüb. Avtomobildə 6 qadın oldugu bildirilir. Digər 4 nəfər kanaldan çıxarılaraq Biləsuvar rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Məlumata görə, onlar yaxın qohumlarının toy mərasiminə gedirmişlər.

Hadisə yerində müvafiq qurumların əməkdaşları araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Sentyabr 2026
18 Sentyabr 2026