Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Çerkassi küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 1800kv.m. olan ikimərtəbəli müxtəlif təyinatlı obyektlərin yerləşdiyi tikilinin ikinci mərtəbəsində yerləşən idman zalında baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən tikilinin birinci mərtəbəsində yerləşən avtomobil təmiri sexləri və kafeyə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 400kv.m. olan idman zalının yanar konstruksiyaları 70kv.m. sahədə yanıb və 200kv.m. sahədə tavanı deformasiya edib.
İdman zalının qalan hissəsi, avtomobil təmiri sexləri, təmirə dayanmış avtomobillər və kafe yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
***
17:36
Sumqayıtda maşın təmiri sexində baş verən yanğın söndürülüb.
Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
***
17:00
FHN-nin “112” qaynar xəttinə Sumqayıt şəhərində yerləşən avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Bakıvaxtı.az-a FHN-in mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Yanğının söndürülməsi istiqamətində işlər görülür.
Əlavə məlumat veriləcək.
Bakı 




