• Bakı C

    3.28 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Qaradağda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

HADİSƏ

25 Fevral 2026 | 11:38

Qaradağda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlandı

Qaradağ rayonunda 10 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş 30 yaşlı Arzuman Əhmədov saxlanılıb. Onun üzərindən ümumilikdə 9 kiloqram 986 qram narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, A.Əhmədov istintaqla şəxsiyyəti araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlarda gizlətməyi planlaşdırıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


SON XƏBƏRLƏR

24 Fevral 2026