• Bakı 25° C

    0.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Zelenski: Rusiya 500 dronla Ukraynaya zərbə endirib

DÜNYA

27 Dekabr 2025 | 13:00 | Müəllif: Əli Hüseynov

Zelenski: Rusiya 500 dronla Ukraynaya zərbə endirib

Rusiya 500 pilotsuz uçuş aparatı və “Kinjal”lar da daxil olmaqla 40 raketlə Ukraynaya kütləvi hava hücumu həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında bildirib.

    Zelenski bu dəfə hücumun əsas hədəfinin Kiyevin enerji və mülki infrastrukturu olduğunu qeyd edib.

    “Hücumlar nəticəsində yaşayış binaları zədələnib, bir binanın dağıntıları altında insanlar axtarılır. Paytaxtın bəzi rayonlarında və ətraf ərazilərdə elektrik və istilik təminatı yoxdur. Hazırda yanğınların söndürülməsi və bərpa işləri davam etdirilir”, - o vurğulayıb.

    Ukrayna Prezident Rusiyanın ABŞ və beynəlxalq tərəfdaşların sülh təşəbbüslərinə cavab verməməsinə diqqət çəkib: “Rusiya nümayəndələri uzun danışıqlar aparır, amma həqiqətdə onların mesajını “Kinjal” raketləri və dronlar çatdırır. Bu, Putinin və onun ətrafının həqiqi münasibətidir. Onlar müharibəni bitirmək istəmir və Ukraynaya daha çox zərər vurmaq, həmçinin dünyada təzyiqlərini artırmaq üçün hər fürsətdən istifadə edirlər”.

    Ukrayna lideri əlavə edib ki, belə hücumlara cavab yetərli təzyiq və güclü addımlarla mümkündür.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026