“Rusiya Prezidenti Vladimir Putinin hazırda ABŞ Prezidenti Donald Trampla telefon danışığı planlaşdırılmayıb, amma istənilən vaxt görüş təyin oluna bilər”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Hazırda belə bir söhbət planlaşdırılmayıb, amma ən qısa vaxtda bunu etmək mümkündür. Amerika tərəfi ilə dialoq üçün mövcud rabitə kanalları bizə ən yüksək səviyyədə ikitərəfli əlaqələri praktik olaraq dərhal əlaqələndirməyə imkan verir”, - Peskov qeyd edib.
Bakı 




