• Bakı 16° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Nikol Paşinyan Polşaya səfər edib

DÜNYA

25 Fevral 2026 | 11:57

Nikol Paşinyan Polşaya səfər edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Polşaya iki günlük rəsmi səfərə yola düşüb.

Bakıvaxtı.az xəbər verir ki, səfər çərçivəsində Paşinyan Polşanın Baş naziri Donald Tuskla görüşəcək, bundan sonra Ermənistan və Polşa baş nazirləri KİV nümayəndələri qarşısında bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Paşinyan həmçinin Polşa Prezidenti Karol Navrotski və Senatın sədri Malqojata Kidava-Blonska ilə görüşəcək.

Nikol Paşinyan, həmçinin Polşa Beynəlxalq Münasibətlər İnstitutunu ziyarət edəcək və burada Polşanın analitik mərkəzlərinin nümayəndələri ilə görüşəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026