ABŞ prezidenti Donald Tramp Konqresə etdiyi “Birliyin Vəziyyəti” müraciətində İranla bağlı sərt mesajlar verib.
Bakıvaxtı.az xəbər verir ki, Tehranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyini bildirib.
Tramp çıxışı zamanı İranın ABŞ-yə çata biləcək raketlər hazırladığı iddiasını səsləndirib və danışıqlar nəticə verməzsə, hərbi variantların gündəmdə olduğunu vurğulayıb.
O, həmçinin iqtisadi göstəricilərin yaxşılaşdığını və tarif siyasətinin ölkəyə böyük gəlir gətirdiyini qeyd edib.
Çıxış zamanı Tramp ilə Demokrat Konqres üzvü İlhan Ömər arasında immiqrasiya siyasəti ilə bağlı gərginlik yaşanıb.
Əli Hüseynov
Bakı 



