• Bakı C

    11.68 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.247

ABŞ-də tarixi qar fırtınası: 770 min insan elektriksiz qaldı

DÜNYA

26 Yanvar 2026 | 11:55

ABŞ-də tarixi qar fırtınası: 770 min insan elektriksiz qaldı

ABŞ-nin mərkəzi və şimal-şərq bölgələrində tarixi qar fırtınası baş verib.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə səbəbindən 10 mindən çox uçuş ləğv olunub,8 mindən çox uçuş təxirə salınıb.

Qeyd olunub ki, təxminən 770 min insan, o cümlədən, Tennessi, Texas və Missisipi ştatlarında elektrik enerjisindən məhrum qalıb.

Məlumata görə, Nyu-York və Nyu-Cersi ştatlarında 30 santimetrədək qar gözlənilir, paytaxt Vaşinqtonda isə 10 santimetrə qədər qar yağıb.

Səlahiyyətlilər təhlükəli buzlanma və səyahət şəraiti barədə xəbərdarlıq edib və fırtınanın bir neçə gün davam edəcəyini bildirib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

25 Yanvar 2026