• Bakı C

    2.61 m/s

  • USD - 1.7

    EUR - 2.0008

    RUB - 2.2051

Numan Kurtulmuş Türkiyənin Suriya ilə bağlı üç prinsipini açıqlayıb

DÜNYA

25 Fevral 2026 | 01:16

Numan Kurtulmuş Türkiyənin Suriya ilə bağlı üç prinsipini açıqlayıb

Türkiyə Suriyada etnik və dini ayrı-seçkilik etməyən hökumətin qurulmasının tərəfdarıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş səfirlərlə iftar süfrəsində deyib.

"Suriya bir etnik qrupun, yaxud bir məzhəbin ölkəsi ola bilməz" , - TBMM-in sədri bildirib.

O qeyd edib ki, Türkiyənin Suriya ilə bağlı ikinci prinsipi bu ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır: "Üçüncü prinsipimiz isə Suriyada bir silahlı birləşmənin, ölkənin ordusunun olmasıdır, digər silahlı qruplaşmalar tərk-silah edilməlidir".


SON XƏBƏRLƏR

24 Fevral 2026