İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində İranın qərbindəki onlarla hərbi infrastrukturu hədəf alan hava hücumları həyata keçirib.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun "Telegram" hesbında məlumat verilib.
Ordunun məlumatına görə, zərbələrin bir hissəsi olaraq, İsrail ordusu Kermanşah və Dezfulu vurub:
"Ballistik raketlərin və hava hücumundan müdafiə sistemlərinin saxlanması və buraxılması üçün istifadə edilən ərazilərə təxminən 70 sursat atıb".
Ordu bu ərazilərdə olan İran əsgərlərini məhv etdiyini də iddia edib.
Aydın Baxış
Bakı 




