• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə dronların idarə edilməsi üzrə mərkəzlər yaradılır

DÜNYA

25 Aprel 2026 | 19:25 | Müəllif: Subhan Mahmudov

Türkiyədə dronların idarə edilməsi üzrə mərkəzlər yaradılır

Türkiyənin 81 vilayətinin hər birində pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanacaq və dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaradılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Baykar” şirkətinin baş direktoru Haluk Bayraqdar məlumat verib.

Onun sözlərinə görə, ən böyük mərkəz İstanbulda yaradılacaq.

“Məqsədimiz vətəndaşlara açıq olacaq dronların idarə edilməsi üzrə təlim mərkəzləri yaratmaqdır. Gənclər dronları sınaqdan keçirə və ekosistemə bələd ola biləcəklər. Beləliklə, lazım gələrsə, bütün ölkə üzrə eyni vaxtda milyonlarla dron istehsalını təmin edə biləcəyik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026