Sudan Suverenlik Şurasının sədri Əbdülfəttah əl-Burhan Türkiyə səfərindən sonra açıqlama verib.
Bakıvaxtı.az TRT-yə istinadən bildirir ki, o, Sudanın Türkiyəyə güvəndiyini bildirib:
“Əvvəlcə Allaha, sonra Ərdoğana güvənirik”.
Burhan Sürətli Dəstək Qüvvələri (SDQ) ilə münaqişəni sona çatdırmaq üçün Türkiyə və Qətərin vasitəçi olmasını istədiklərini, lakin bəzi tərəflərin bunu qəbul etmədiyini qeyd edib.
Şura sədri SDQ-nin hücumlarını pisləyərək, ordunun və xalqın onları aradan qaldırmaqda qərarlı olduğunu vurğulayıb.
Eyni zamanda, o, Türkiyə ilə həm hərbi, həm də digər sahələrdə əlaqələrin inkişafına ümid etdiyini ifadə edib.
Əli Hüseynov
Bakı 




