Ordumuz NATO-nun “Steadfast Dart 2026” təlimində “Bayraqdar TB3” və “TCG Anadolu” gəmisi ilə birlikdə tarix yazdı.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu mühüm təlimdə “Bayraqdar TB3” Baltik dənizinin çətin hava şəraitində atəş tapşırığını uğurla yerinə yetirərək, “TCG Anadolu”ya təhlükəsiz eniş edib və NATO-nun ən diqqətçəkən performanslarından birinə imza atıb. “Tayfun” qırıcı təyyarələri ilə koordinasiyalı şəkildə səkkiz saat havada qalan “Bayraqdar TB3” ümumilikdə 1 700 kilometr məsafə qət edərək, ən üstün qabiliyyətlərini bir-bir nümayiş etdirib. Dəniz aviasiyası konsepsiyasına yeni nəfəs gətirən bu uğurlarda əməyi keçən hər bir qardaşımı ürəkdən təbrik edirəm”, - dövlət başçısı bildirib./Teleqraf
Bakı 




