Türkiyədə 2010-2013-cü illərdə “Kanal D”də yayımlanan “Öyle bir geçer zaman ki” serialının balaca “Osman”ı olaraq tanınan Emir Berke Zincidi son halı ilə diqqət çəkib.
Bakıvaxtı.az “İki Sayfa”ya istinadən xəbər verir ki, 20 yaşlı aktyor yenidən ekranlara qayıdacağını deyib.
“Geri qayıtdım. Pandemiya vaxtında bir az ara vermişdim. Çünki böyümə ərəfəsindəydim. İnkişafa diqqət edən bir insanam. Ona görə fiziki olaraq formamı düzəltmədən ekranlara çıxmaq istəmədim. Amma yeni layihələrimiz olacaq”, - o bildirib.
Bakı 




