Dekabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.
Qanun layihəsinə deputatlar tərəfindən hər hansı təklif və ya irad bildirilmədiyindən onun mövcud redaksiyada Ali Məclisin növbəti plenar iclasında üçüncü oxunuşda müzakirəyə təqdim edilməsi ilə bağlı qərar qəbul olunub.
Bakı 




