• Bakı C

    6.2 m/s

  • USD - 1.7

    EUR - 2.0032

    RUB - 2.1937

Göygöldə qəza - Xəsarət alanlar var

HADİSƏ

26 Dekabr 2025 | 21:02

Göygöldə qəza - Xəsarət alanlar var

Göygöl rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndi ərazisində baş verib.

Belə ki, “Mercedes-Vito” markalı maşınla “Qaz-3110” markalı maşın toqquşub.

Nəticədə “Qaz-3110” markalı avtomobildə olan üç nəfər - Yeni Qızılca kənd sakinləri 1982-ci il təvəllüdlü Könül İsmayılova,  1977-ci il təvəllüdlü Zərəngül Hüseynova və Daşkəsən rayon Mollahəsənli kənd sakini 1973-cü il təvəllüdlü Fəxrəddin Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar ilk olaraq Göygöl rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb./“Qafqazinfo”


SON XƏBƏRLƏR