Samuxda baş verən qəza ilə bağlı TƏBİB məlumat yayıb.
Bakıvaxtı.az həmin məlumatı təqdim edir:
“Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (qadın) 25.01.2026-cı il tarixində saat 10:00 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir”.
***
09:42
Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, ölən şəxs sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir.
***
09:21
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Bakı 




