• Bakı C

    9.13 m/s

  • USD - 1.7

    EUR - 2.0096

    RUB - 2.2138

Mingəçevirdə qadın bıçaqlandı - şübhəli əridir

HADİSƏ

23 Fevral 2026 | 19:02

Mingəçevirdə qadın bıçaqlandı - şübhəli əridir

Mingəçevirdə bıçaqlanma hadisəsi qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında baş verib. Belə ki, şəhər sakini, 26 yaşlı Emin Kərimov aralarında yaranmış mübahisə zəminində həyat yoldaşı, 23 yaşlı Təranə Kərimovaya yaşadıqları ünvanda kəsici alətlə xəsarətlər yetirib. Yaralı xəstəxanaya yerləşdirilib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Faktla bağlı istintaq araşdırmaları aparılır. (APA)


SON XƏBƏRLƏR