• Bakı C

    4.35 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Bakıda evlərdən oğurluq edildi

HADİSƏ

24 Mart 2026 | 16:17

Bakıda evlərdən oğurluq edildi

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.

Araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR

23 Mart 2026