• Bakı 25° C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bakıda 7 minlik qızıl oğurlandı

HADİSƏ

23 Aprel 2026 | 13:57

Bakıda 7 minlik qızıl oğurlandı

Paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. 

DİN mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı İ.Qurbanova və 37 yaşlı T.Abdullayev müəyyən edilərək saxlanılıb.

Xəzər rayonunda isə yeni tikilməkdə olan evlərin birindən inşaat materialları və sayğac oğurlamaqda şübhəli bilinən 31 yaşlı İ.Xanverdizadə də polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktlar üzrə araşdırmalar davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026