• Bakı 21° C

    4.65 m/s

  • USD - 1.7

    EUR - 1.9717

    RUB - 2.3884

Keçmiş batalyon komandiri vəfat etdi - FOTO

HADİSƏ

21 May 2026 | 10:43

Keçmiş batalyon komandiri vəfat etdi - FOTO

Daxili Qoşunların keçmiş zabiti, Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Əkbər Hüsiyev vəfat edib.

Bakıvaxtı.az "Yeni Sabah"a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Hərbçi uzun sürən xəstəlikdən sonra 66 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Əkbər Hüsiyev Birinci Qarabağ müharibəsi zamanı "Qaragöl" batalyonunun komandiri olub. Onun batalyonu Ağdam, Füzuli və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə böyük şücaət göstərib. Özü isə Ağdam istiqamətində ağır yaralanıb.

Ə.Hüsiyev sonrakı illərdə Daxili Qoşunların Baş idarəsi və hərbi hissələrində müxtəlif vəzifələrdə çalışıb.

Keçmiş batalyon komandiri vəfat etdi - FOTO


SON XƏBƏRLƏR

20 May 2026