Xəbər verdiyimiz kimi, iyunun 16-da Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisində gənc oğlan çayda çimərkən batıb.
Bakıvaxtı.az xəbər verir ki, Ağdam rayon sakini - 2004-cü il təvəllüdlü İlham Şirinov Tovuz çayında çimərkən boğulub.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı İlham Milli Qvardiyada xidmət edib.
Yaxınlarının sözlərinə görə, o Tovuza istirahət məqsədilə gedibmiş.
Bakıvaxtı.az onun fotosunu təqdim edir.
Allah rəhmət eləsin!
Murad İsmayıl
Bakı 





