İsmayıllı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinə ölənlərin ikisinin şəxsiyyəti məlum olub.
Bakıvaxtı.az-ın xəbərinə görə, "Opel" markalı avtomobillə "Honda" markalı motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü - 23 yaş Nihad Allahverənov, "Opel"in sürücüsü, 38 yaş İsa Rzayev və avtomobilin sərnişini ( kimliyi hələ dəqiqləşməyib) ölüb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri İsmayıllı rayonu, Topçu kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verdiyi əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Opel" markalı minik avtomobili və "Honda" markalı motosikletin iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və "Honda" markalı motosikletin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə vətəndaşın meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
***
13:52
İsmayıllı rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, “Opel” markalı minik avtomobili və motosikletin toqquşması nəticəsində avtomobildə olan 2 nəfər, eləcə də motosikiletin sürücüsü ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
***
13:05
İsmayıllıda ağır avtomobil qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata əsasən, hadisə Qurbanəfəndi kəndi istiqamətində yolda baş verib.
Hadisə nəticəsində 3 nəfər ölüb.
Əlavə məlumat veriləcək.
Bakı 



