• Bakı 28° C

    8.47 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.0052

Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu

HADİSƏ

18 Avqust 2026 | 11:11

Azərbaycandan qaçan hərbçi Rusiyada tutuldu

Daha bir şəxs ölkəmizə ekstradisiya ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Azərbaycan vətəndaşı Əlicanlı Nahid Rasim oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Belə ki, Qubadlı Hərbi Prokurorluğunda ibtidai istintaq edilən cinayət işi üzrə Əlicanlı Nahid Rasim oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.4-1-ci (hərbi hissəni və ya xidmət yerini üç aydan artıq müddətə özbaşına tərk etmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini  törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Hazırda onun Azərbaycan Respublikasına gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən beynəlxalq prosedurlara uyğun müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, N.Əlicanlı hərbçi olub, çavuş rütbəsində xidmət edib. O, xidmət yerini özbaşına tərk edərək xaricə gedib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Avqust 2026