• Bakı 16° C

    6.61 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

HADİSƏ

16 Sentyabr 2026 | 15:27 | Müəllif: Subhan Mahmudov

Cəlilabadda 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Cəlilabadda 18 kq artıq narkotik vasitə aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Belə ki, narkotik vasitələrin dövriyyəsinə qarşı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 25 yaşlı İskəndər Dadaşovdan ümumilikdə 18 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026