• Bakı 23° C

    4.09 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Lənkəranda QƏZA: Ölən var - YENİLƏNİB

HADİSƏ

17 Sentyabr 2026 | 00:12 | Müəllif: Əli Hüseynov

Lənkəranda QƏZA: Ölən var - YENİLƏNİB

Sentyabrın 16-da saat 21:20 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində “Mercedes Vito” markalı mikroavtobusla "Dong Feng" markalı yük avtomobili toqquşub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə nəticədə mikroavtobusda olan 2 sərnişin həyatını itirib, 1 nəfər xəsarət alıb.

    Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

    Verilən məlumatda sürücülərdən yol və hava şəraitini, nəqliyyat vasitəsinin xüsusiyyətlərini nəzərə alaraq müəyyən edilmiş sürət həddinə ciddi riayət etmələri, qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsi saxlamaları və ötmə manevrlərini yalnız tam təhlükəsiz şəraitdə həyata keçirmələri xahiş olunur.

    ***

    16.09.2026, saat 23:25

    Lənkəranda "Mercedes Vito" ağır tonnajlı yük avtomobili ilə toqquşub.

    Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, hadisə Ələt-Astara magistralının 155-ci kilometrliyində qeydə alınıb.

      Belə ki, Astara istiqamətində hərəkətdə olan "Mercedes Vito" markalı sərnişin avtomobili arxadan İran İslam Respublikasına gedən TIR-a çırpılıb. Qəza nəticəsində ölən və xəsarət alanların olduğu deyilir.

      Hadisə yerinə FHN-nin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

      Nəqliyyat vasitəsində sıxılıb qalan meyitlər çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

      Faktla bağlı araşdırma aparılır.


      Batıgöz reklamMedia İnkişaf

      SON XƏBƏRLƏR

      17 Sentyabr 2026