Azərbaycanda polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində götürülən narkotik vasitənin miqdarı açıqlanıb.
Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 16-da ümumi çəkisi 114,3 kiloqram narkotik vasitə və 6090 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
















