Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, qəza nəticəsində 2018-ci il təvəllüdlü Z. Vəliyeva və 1992-ci il təvəllüdlü H. Həmzəyeva həyatını itirib.
Hadisə zamanı 1981-ci il təvəllüdlü Ə. Aslanov, 1982-ci il təvəllüdlü A. Cəfərli, 1976-cı il təvəllüdlü Z. Hüseynova, 1976-cı il təvəllüdlü S. Hüseynli, 1973-cü il təvəllüdlü E. Hüseynov, 1972-ci il təvəllüdlü E. Hüseynli, 2021-ci il təvəllüdlü Q. Aslanov və 14 yaşlı Z. Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılardan bəzilərinin müalicəsi Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, digərlərinin isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birində davam etdirilir.
***
19:13
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, yol qəzası nəticəsində ikisi uşaq olmaqla 5 nəfər ölüb.
***
18:31
Şəmkirdə yol qəzasında ölənlərin sayı artıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, yol qəzası nəticəsində ölənlərin sayı 4-ə çatıb.
***
18:10
Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Bakıvaxtı.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə “VAZ 2106” ilə “KİA” markalı minik avtomobilləri toqquşub.
İlkin məlumata görə, qəza zamanı 3 nəfər ölüb, xəsarət alanlar var.



















