Gecə saatlarında Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az Unikal.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Abdulvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, qəza törədən "Mersedes" markalı avtomobil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
















