• Bakı 28° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Lənkəranda NARKOƏMƏLİYYAT: Həbs edilənlər var

HADİSƏ

18 Avqust 2026 | 11:55

Lənkəranda NARKOƏMƏLİYYAT: Həbs edilənlər var

Lənkəranda 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

DİN-nin mətbuat xidmətinin Lənkəran regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Mirxas Abbasov, Elməddin Məmmədov və Şamil Kəlbiyev saxlanılıblar.

    Onlardan aqrotexniki qaydada qulluq edilərək yetişdirdikləri 116 ədəd narkotik tərkibli kol aşkarlanıb.

    Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Avqust 2026