• Bakı 28° C

    2.84 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Tovuzda avtomobil su arxına düşdü: ölənlər var - FOTO

HADİSƏ

18 Avqust 2026 | 08:19

Tovuzda avtomobil su arxına düşdü: ölənlər var - FOTO

Tovuzda "VAZ-2107" markalı avtomobil su arxına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Xatınlı kəndi yaxınlığında baş verib.

Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb. Hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Hadisə nəticəsində 2 nəfər ölüb.

    Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün cansız bədəni xüsusi avadanlıqların köməyi ilə çıxarılıb və müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Ölən şəxsin Səid Sakit oğlu Həmzəyev olduğu bildirilir.

    Digər meyit isə nəqliyyat vasitəsindən təxminən 100 metr kənarda olub. O isə Arzu Şahmar oglu Müseyibov olub.

    Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub, hadisənin başvermə səbəbi araşdırılır.

    Hadisə yerinə polis əməkdaşları da cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    17 Avqust 2026