Ağstafanın Dağ Kəsəmən kəndində sel bir sıra fəsadlar törədib.
Bakıvaxtı.az-ın məlumatına görə, güclü yağışdan sonra gecə saatlarında kəndə sel gəlib.
Təbiət hadisəsi bir sıra problemlər yaradıb. Kəndarası yollarda gediş-gəliş çətinləşib, arxlar daşıb. Sel suları evlərin həyətyani sahələrinə dolub.
Hazırda yaranan vəziyyətin aradan qaldırılması istiqamətində tədbirlər görülür. Əraziyə ağır texnikalar cəlb olunub. Arxların təmizlənməsi işləri aparılır.
Bakı 



