• Bakı 8° C

    0.17 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

BDU-nun professoru vəfat etdi

HADİSƏ

19 Iyul 2026 | 14:46 | Müəllif: Əli Hüseynov

BDU-nun professoru vəfat etdi

Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Qədim dünya və orta əsrlər tarixi kafedrasının professoru, tarix elmləri doktoru Əmrah Dadaşov vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, 1939-cu il təvəllüdlü alim 1981-ci ildən BDU-da çalışıb, uzun illər fakültənin qiyabi təhsil üzrə dekan müavini olub. 2006-cı ildə professor elmi adını alan Əmrah Dadaşov 100-dən çox elmi məqalə, monoqrafiya və dərs vəsaitinin müəllifi idi. Onun əsas tədqiqat istiqaməti Azərbaycan ərazisində paleometal dövrünün əkinçilik-maldarlıq iqtisadiyyatı olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026