Abşeronda motosiklet azyaşlını vuraraq öldürüb.
Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.
19 yaşlı Babaşov Fuad Azad oğlu idarə etdiyi “MİNSK D D4” markalı motosikletlə 4 yaşlı Bağırov Atilla Rafail oğlunu əks hərəkət zolağında vurub. Nəticədə uşaq xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı cinayət işi başlanıb.
Bakı 



