Goranboy sakini olan 46 yaşlı kişi kəsici-deşici alətdən xəsarət alıb.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə rayon ərazisində baş verib.
Belə ki, rayon sakini 1980-ci il təvəllüdlü S.Alıyev müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal 46 yaşlı kişiyə yardım edilib, hazırda onun vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, xəsarət alan S.Alıyevə Kəlbəcər rayon sakinləri - 1980-ci il təvəllüdlü A.Ələsov və onun oğlu 2005-ci il təvəllüdlü İ.Ələsov kəsici-deşici alətlə xəsarət yetiriblər.
Məlumata görə, hadisə tərəflər arasında şəxsi münasibətlər zəminində baş verib. Əraziyə yerinə polis əməkdaşları cəlb edilib.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıb.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Bakı 




