• Bakı 20° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Goranboyda qəza - Yaralanan var

HADİSƏ

24 Yanvar 2026 | 21:13

Goranboyda qəza - Yaralanan var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az-ın "Unikal"a istinadən məlumatına görə, hadisə Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolunun rayonun Nadirkənd kəndi ərazisində keçən hissəsində qeydə alınıb.

Hərəktədə olan "KİA" markalı minik maşını qoşqulu traktora çırpılıb. Ərazidə qəzanı görən "Qazel" markalı yük maşını idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı dəmir arakəsməyə dəyib, daha sonra isə yolun kənarına aşıb. Nəticədə minik maşınının sürücüsü, Goranboy sakini 1994-cü il təvəllüdlü R.Gülməmmədov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026