Bakıda 61 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Bakıvaxtı.az xəbər verir ki, Qaradağ rayonu Sahil qəsəbə sakini 1965-ci il təvəllüdlü Şeydabəy Aydabəy oğlu Həsənbəyov yaşadığı evin hamam otağında ölüb.
Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Bakı 




