• Bakı C

    5.76 m/s

  • USD - 1.7

    EUR - 1.9498

    RUB - 2.0266

Ağcabədidə ölümlə nəticələnən avtoqəzada xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

HADİSƏ

23 Mart 2026 | 17:50

Ağcabədidə ölümlə nəticələnən avtoqəzada xəsarət alan şəxsin VƏZİYYƏTİ AÇIQLANDI

Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:

"Ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünün sınığı diaqnozu təyin olunub.

Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".


***
16:52

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsində qeydə alınıb.

Qəza zamanı Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Nəticədə Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B.İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

22 Mart 2026