• Bakı 13° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sərxoş vəziyyətdə maşın sürdü - Həbs edildi

HADİSƏ

22 Aprel 2026 | 12:55

Sərxoş vəziyyətdə maşın sürdü - Həbs edildi

Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Ford” markalı, 99-CR-636 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Şahin Rzayev saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Ş.Rzayevin sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi müəyyən olunub.

Sürücü barəsində törətdiyi əmələ görə inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Ş.Rzayev 10 sutka inzibati qaydada həbs edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026