• Bakı 7° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

71 yaşlı qadını maşın vurub öldürdü

HADİSƏ

24 Mart 2026 | 13:04 | Müəllif: Subhan Mahmudov

71 yaşlı qadını maşın vurub öldürdü

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə martın 23-də axşam saat 20 radələrində qeydə alınıb.

Belə ki, Hamlet Yolçuyevin idarə etdiyi “KİA” markalı avtomobil yolu keçmək istəyən 71 yaşlı Samaya Hüseynovanı vurub.

Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026