• Bakı C

    10.59 m/s

  • USD - 1.7

    EUR - 1.9983

    RUB - 2.2141

İlqar Məmmədov qətlə yetirildi - YENİLƏNİB

HADİSƏ

23 Fevral 2026 | 12:10

İlqar Məmmədov qətlə yetirildi - YENİLƏNİB

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Bakıvaxtı.az-a Xəzər rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində İlqar Məmmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla İqor Lısenkonun tanışı İlqar Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İqor Lısenko iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

10:49

Bakıda qətl törədilib.

Bakıvaxtı.az xəbər verir ki, fevralın 21-i saat 23 radələrində Şüvəlan qəsəbəsinin ərazisində qəsəbə sakini 1982-ci il təvəllüdlü İqor İmranoviç Lisenko münaqişə zəminində həmyerlisi 1973-cü il təvəllüdlü İlqar Məmmədağa oğlu Məmmədovu bıçaqla öldürüb.

İ.Lisenko əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.


SON XƏBƏRLƏR

22 Fevral 2026