• Bakı C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.974

    RUB - 2.1677

Avtobusun altında köməksiz qalan şəxs xilas edildi - FOTO - VİDEO

HADİSƏ

24 Yanvar 2026 | 17:23

Avtobusun altında köməksiz qalan şəxs xilas edildi - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Lənkəran rayonunun Velədi kəndində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən Bakıvaxtı.az-a verilən məlumata görə, dərhal nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.


SON XƏBƏRLƏR

10 Mart 2026