İran müharibəyə "gözə göz” yanaşmasına sadiq qalacaq və istənilən təcavüz aktına mütənasib və dərhal cavab verəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
“Heç bir təcavüz aktı cavabsız qalmayacaq. Bu gün biz "gözə göz” qaydasını tərəddüd etmədən və istisnasız olaraq elan edirik”, - o bildirib.
O əlavə edib ki, əgər onlar infrastruktura qarşı müharibə başlatsalar, biz mütləq cavab olaraq infrastrukturu hədəf alacağıq.
Bakı 




