İspaniya İrandakı səfirliyinin fəaliyyətini bərpa edir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Xose Manuel Albares məlumat verib.
Nazirin sözlərinə görə, Tehrandakı səfirə geri qayıdaraq diplomatik fəaliyyətini davam etdirmək və səfirliyi yenidən açmaq tapşırılıb. O bildirib ki, məqsəd sülhə nail olunması istiqamətində beynəlxalq səylərə qoşulmaqdır.
Albares həmçinin qeyd edib ki, İsrailin Livanda həyata keçirdiyi son hava hücumları ABŞ və İran arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulması ilə nəticələnib.
Nazirin sözlərinə görə, bu hücumlar eyni zamanda beynəlxalq hüququn da pozulması deməkdir.
Bakı 




