q
  • Bakı 18° C

    3.99 m/s

  • USD - 1.7

    EUR - 1.995

    RUB - 2.2836

"Ölüm zonası"nda hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....

DÜNYA

09 May 2026 | 17:12

Ölüm zonasında hərbçiləri robotlar əvəzləyəcək: 25.000 yerüstü....

Ukrayna 2026-cı ilin birinci yarısında 25.000 yerüstü robot istehsal etməyi planlaşdırır.

Bakıvaxtı.az bildirir ki, bu barədə "Teleqraf" məlumat yayıb.

Nəşr qeyd edib ki, bu texnika artıq "ölüm zonası" adlandırılan ərazilərdə insanları əvəz edərək rekord sayda missiya yerinə yetirir. Belə ki, yerüstü robotlar yaralıların təxliyəsi, düşmənin atəşə tutulması və minaların yerləşdirilməsi kimi müxtəlif tapşırıqları yerinə yetirir. Hətta komandirlər robotları "yeni süvari qüvvəsi" adlandırırlar. Çünki bu texnikalar daha öncə əsgərlərin həyatı bahasına olan tapşırıqları bir neçə dəqiqə ərzində icra edir.

Bundan əlavə, "K-2" briqadasının yerüstü robot kompleksləri batalyonunun komandiri Aleksandr Afanasyevin fikrincə, robotların geniş tətbiqinin əsas məqsədi döyüşçülərin həyatını xilas etməkdir.


SON XƏBƏRLƏR

08 May 2026