Latviya səmasında pilotsuz uçuş aparatı (PUA) vurulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələrinin mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.
"Müttəfiqlərin qırıcıları Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını uğurla vurublar!" - Fransa və Latviya bayraqlarının əks olunduğu məlumatda vurğulanıb.
Başqa bir açıqlamada Latviya hava məkanında mümkün təhlükə qeyd olunub:
"Latviya Milli Silahlı Qüvvələri ölkənin hava məkanında mümkün təhlükələr barədə məlumat verir. Hazırda əlavə addımlar tələb olunmur. Vəziyyət gərginləşərsə, əlavə məlumat veriləcək".
Bakı 



