• Bakı 23° C

    5.71 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Bu əməliyyat ABŞ-nin "təcavüzünə ilkin cavabdır" - SEPAH

DÜNYA

08 Iyul 2026 | 08:49 | Müəllif: Qalib İbrahimoğlu

Bu əməliyyat ABŞ-nin "təcavüzünə ilkin cavabdır" - SEPAH

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi obyektlərinə genişmiqyaslı raket zərbələri endirdiyini bəyan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Tasnim" agentliyinin yaydığı SEPAH bəyanatında bildirilir ki, əməliyyat ABŞ-nin gecə saatlarında İranın Hörmüzqan vilayətindəki sahilyanı hərbi bazalara və Məhşəhr şəhərindəki mülki obyektlərə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.

    SEPAH-ın iddiasına görə, əməliyyat zamanı ABŞ-nin regiondakı əsas hərbi bazalarında yerləşən 85 obyekt hədəfə alınıb. Zərbələrin Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının məsuliyyət zonasında yerləşən Salman limanına, eləcə də Küveytdəki Əli əl-Səlim aviabazasına endirildiyi bildirilib.

    Bəyanatda həmçinin qeyd olunub ki, əməliyyat zamanı İranın zərbə vasitələrini ələ keçirməyə çalışan ABŞ-yə məxsus MQ-9 Reaper kəşfiyyat-zərbə pilotsuz uçuş aparatı vurulub.

    SEPAH ABŞ-nin son hücumlarını İranın keçmiş ali dini lideri Əli Xameneinin xatirəsinə keçirilən matəm mərasimlərini pozmağa cəhd kimi qiymətləndirib və bildirib ki, bu əməliyyat ABŞ-nin "təcavüzünə ilkin cavabdır".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    20 Sentyabr 2026