Çində insan tələfatı ilə nəticələnən torpaq sürüşməsi olub.
Bakıvaxtı.az xəbər verir ki, təbiət hadisəsi ölkənin şimal-qərbindəki Qansu əyalətinin Lonnan şəhərinin Nanhe rayonunda baş verib.
Torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub.
Çin Qlobal Televiziya Şəbəkəsinin (CGTN) məlumatına görə, rəsmilər torpaq sürüşməsi nəticəsində 33 nəfərin torpaq altında qaldığını bildiriblər. Onlardan 21-nin öldüyü, 7-sinin yüngül xəsarət aldığı və 5-nin xilas edildiyini deyilir.
Axtarış-xilasetmə əməliyyatları başa çatıb.
Nərgiz Məmmədli
Bakı 



