• Bakı 25° C

    10.54 m/s

  • USD - 1.7

    EUR - 1.9442

    RUB - 2.1954

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

DÜNYA

08 Iyul 2026 | 11:09

Makron Ankaraya İŞİD-in avtomobili ilə gəlib? – VİDEO

Fransa prezidenti Emmanuel Makron və xanımı Bricit Makronun Ankaradakı Prezident İqamətgahına "Toyota Land Cruiser" avtomobili ilə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Fransa liderinin bu addımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xüsusilə də, Makronun Suriyadan Türkiyəyə gəlməsina bəzi istifadəçilər zarafatla yanaşıblar.   

Bir çox istifadəçi tərəfindən "deyəsən, Makron avtomobili Suriyadan gələndə İŞİD-dən alıb", "Makron, "Toyota Land Cruiser"i İŞİD-dən aldın?" kimi şərhlər yazılıb.

Lakin Türkiyə mətbuatının yazdığına görə, sözügedən “Toyota” Fransanın Türkiyədəki səfiri üçün təsis edilmiş xidməti avtomobildir.

Xatırladaq ki, İŞİD-in aktiv olduğu dövrlərdə Fransanın terror qruplaşmasına gizli dəstək verməsi ilə bağlı faktlar dəfələrlə dünya mediasında işıqlandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Iyul 2026