Moskva məhkəməsi “YUKOS” neft şirkətinin keçmiş rəhbəri Mixail Xodorkovskini (Rusiyada xarici agentlərin reyestrinə daxil edilib-red.) Rusiya ordusu haqqında saxta məlumatlar yaymaqda qiyabi olaraq təqsirli bilib.
Bakıvaxtı.az xəbər verir ki, hakim iki maddə üzrə təqsirli bilinən Xodorkovski 10 il müddətinə azadlıqdan məhrum edib.
Xodorkovskiyə qarşı hərbi “feyk”lərlə bağlı cinayət işi 2023-cü ilin sentyabrında açılıb. Buna səbəb “X” sosial şəbəkəsində 9 sentyabr 2022-ci il tarixli paylaşım və onun “YouTube” kanalında 9 iyul 2024-cü il tarixində yerləşdirilmiş video olub.
Bakı 



